EN

Vətəndaşların NƏZƏRİNƏ: Azərbaycanda işsizlik faizi açıqlandı 

Ölkədə işsizlik 5.2% açıqlanıb. Belə ki, Azərbaycanda cəmi 282.8 min işsiz var.


Sosioloq Elçin Bayramlı Statiktika Komitəsinin işsizliklə bağlı açıqladığı son statistikalarla bağlı fikirlərini Referans.az-a açıqlamasında bildirib.




“Azərbaycanda rəsmi işsizlik daim 5 faiz civarında göstərilir. Halbuki dünyanın ən inkişaf etmiş, ən aktiv ölkələrində belə işsizlik təxminən 10-15 faiz, bəzilərində isə 20-25 faiz olur. İspaniya kimi bir ölkədə işsizlik 25 faizə çatır, Avropa ölkələrində 10-12 faiz, Amerikada isə təxminən 15 faizdir. Bu baxımdan Azərbaycanda 5 faiz işsizlik nəzəri cəhətdən də mümkün deyil. Buna görə də müstəqil ekspertlər bu rəqəmi təxminən 3-4 dəfə yüksək qiymətləndirir. Statistikada isə bunu süni artırmaq meyilləri mövcuddur”.


Sosioloq qeyd edib ki, buna səbə Azərbaycanda VÖEN-i olan hər bir şəxsin sahibkar hesab olunmasıdır. Lakin VÖEN-i olan şəxslərin əksəri fəaliyyət belə göstərmir.


“Beləliklə, Azərbaycanda demək olar ki, 2 milyon şəxsin VÖEN-i mövcuddur. Lakin bunların yarım milyonu belə real sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Bundan əlavə adına torpaq sahəsi olan şəxslər məşğul əhali sayılır. Halbuki onların hər biri bu torpaq sahələrindən istifadə edə bilmirlər. Bütün bu səbəblərdən də Azərbaycandan xarici ölkələrə kütləvi axın var. Rusiya, Avropa ölkələri kimi ölkələrə işlə bağlı gedənlərin sayı gündən-günə artır. Çünki Azərbaycanda əmək bazarı işsizlərə adekvat cavab vermir. İş tapmaq imkanları azdır və tapılanda belə bu işlər minimum maaşlarla olur, 300-500 manat təşkil edir. Bu da bir insanın yaşamasını təmin edə bilmir”.

 

Fidan Vəlisoy 

Chosen
24
referans.az

1Sources