EN

Aparıcı mütəxəssis/baş mütəxəssis - VAKANSİYA

"Xalq Bank" ASC, Maliyyə təhlili və İdarəedici hesabatlılıq şöbəsinin aparıcı mütəxəssisi/baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Təsvir:

  • Bank rəhbərliyinin və Komitələrin mütəmadi olaraq təhlil və məlumatlarla təmin edilməsi;
  • Bankın dövrü maliyyə nəticələri, trendlər və əmsal analizi ilə bağlı analitik qrafiklərinin (dashboardların) hazırlanması və təhlili;
  • Bankın sektora və rəqiblərə nəzərən mövqeyi və bazar payı üzrə təhlilin həyata keçirilməsi;
  • Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinin aparılması;
  • Xərclərin optimallaşdırılması üzrə təkliflər.

Tələblər:

  • Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə magistr təhsili;
  • Bank sektorunda minimum iki il təcrübə;
  • ACCA (F5, F7 – exemption olmaması şərti ilə) və CFA 1-ci səviyyə olması xüsusi üstünlükdür;
  • Ofis proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə MS Excel);
  • Analitik və riyazi düşünmə qabiliyyətinin yüksək olması;
  • Xarici dil biliyi (İngilis dili) mütləqdir;
  • Komunikasiya qabiliyyətinin yüksək olması;
  • Komanda ilə işləmək bacarığı.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az

Chosen
62
30
fins.az

10Sources