EN

Ronaldonun ''interneti partlatmağa'' söz verdiyi qonaq bəlli oldu

Yeni açdığı ''yutub'' səhifəsində ilk günlərdən etibarən bir sıra rekordları yeniləyən Kriştiano Ronaldonun növbəti qonağının adı bəlli olub.

Portuqaliyalı superulduz bir müddət öncə kanalının növbəti qonağı ilə birlikdə interneti ''partladacağını'' vurğulamışdı.

Futbolsevərləri həmin qonağın kimliyi çox maraqlandırırdı. Əksəriyyət həmin şəxsin Lionel Messi olacağını düşünürdü. Həqiqətən də son 20 ilə damğa vuran bu ikilinin birlikdə verilişə çıxması çox böyük hadisə olardı. Amma məlum olub ki, söhbət internet fenomeni və dünyanın ən məşhur bloqeri, ''Mr Beast'' psevdonimi ilə tanınan Cimmi Donaldsondan gedir.

Onlar noyabrın 21-i Bakı vaxtı ilə saat 18.00-da Ronaldonun kanalında canlı yayına çıxacaqlar. ''Mr Beast''in ''yutub''da 331 milyon təqibçisi var. İyulun 8-də açılan Ronaldonun kanalında isə hazırda 67 milyon təqibçi var.

ƏLİ

Chosen
26
football-plus.az

1Sources