EN

Putinin nüvə silahından istifadəyə təkbaşına qərar vermək hüququ ilə dünya fəlakət astanasında

Rusiya - Ukrayna müharibəsində yeni mərhlə başlayıb və bu bəşəriyyət üçün kifayət dərəcədə fəlakətlə nəticələnə bilər. ABŞ prezidenti Co Baydenin ATACMS ballistik raketlərindən istifadəyə məhz seçkilərdən sonra icazə verməsinin səbəbləri haqqında The New York Times 17 noyabrda maraqlı məlumat yayıb. Nəşrin sözlərinə görə raketlər ilk növbədə RF qoşunları ilə yanaşı Kursk vilayətində yerləşmiş Şimali Koreya hərbiçilərinə qarşı yönələcək. Dövlət Departamendində də bildirilib ki, bu raketlərdən istifadəyə icazə, KXDR hərbi qüvvələrinin Ukraynaya qarşı istifadə olunmasına cavabdır. Eyni zamanda, bu qərar Şimali Koreya lideri Kim Çın İna mesajdır ki, onun hərbiçiləri əsas hədəfdir və rəsmi Pxenyan bir daha Rusiyaya kömək məqsədilə hərbiçi göndərməməlidir. Bu, Rusiya-Şimali Koreya hücumlarının təsirini zəiflətməyə kömək edəcək.
 
Doğrudur, Ukraynanın ilk hədəfi Bryansk vilayəti olsa da, növbəti hücumların məhz Kursk, Belqorod  istiqamətində olacağı tamamilə mümkündür. 
 Amma, Rusiyanın 21 noyabr səhər saatlarında cavabı sərt oldu və ballistik raketlə Dnepr şəhərini vurdu. İlk verilən informasiya belə oldu ki, Rusiya qitələrarası ballistik raketdən istifadə edib, hansı ki, bu beynəlxalq razılaşmanı pozmaq deməkdir. Görünür elə buna görə Mariya Zaxarova brifinq keçirdiyi zaman ona gələn zəngdə ballistik raketlər məsələsini müzakirə etməməsi vurğulanıb. Ukrayna tərəfi bunun qitələrarası ballistik raket olduğunu desə də, bu son qənaət deyil. Xarici mənbələr raketin ballistik olduğunu bildirir, amma qitələrarası olduğu, hələlik təsdiq olunmayıb. Ekspertiza davam edir. Putin isə bu raketin nüvə başlığı olmayan “Oreşnik” raketi olduğunu bildirib.
   
Rusiyanın qəbul etdiyi yeni nüvə doktrinasına görə dövlət başçısı hökümətlə, təhlükəsizlik şurası ilə məsləhətləşmədən, nüvə silahından istifadəyə təkbaşına qərar verə bilmək hüququna malikdir. Putinin aqressiv xarakteri və belə bir qərar yalnız Ukraynanı deyil, dünyanı fəlakət qarşısında qoya bilər. 
 
Ballistik raketlə Dneprə zərbə növbəti dəfə Ukraynanı və bütün dünyanı qorxutmaq məqsədi daşıyır. Raket hücumu Ukraynada qəzəb və qətiyyət yaradıb və öz azadlığı və müstəqiliyi uğrunda mübarizədən geri çəkilməyib. Sivil dünya üçün isə bu bir xəbərdarlıq olmalıdır ki, Rusiya qələbə qazanarsa ən qısa müddətdə başqa dövlətlər də bu cür hücumlara məruz qala bilər. Putin konkret olaraq başda Böyük Britaniya olmaqla digər Qərbi Avropa ölkələrinin adını çəkib.
 
Moderator.az
Chosen
18
50
moderator.az

10Sources