EN

Putin blef etmir, fəlakət yaxınlaşır - Vuçiç

"Nə Moskva, nə də Kiyev barışıq istəmir".

Bakupost.az “Novosti” portalına istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç deyib.

“Mən atəşkəs və sülh istəyirəm, baxmayaraq ki, Moskvadan olan insanlardan eşitmişəm və Ukrayna prezidenti Vladimir Zelenski də bunun “pis fikir” olduğunu üzümə deyib. Dünyada elə insanlar var ki, bunu başa düşmürlər. Mən heç birkömək edə bilmərəm”, - Vuçiç deyib.

Onun fikrincə, dünya fəlakətə yaxınlaşır, çünki heç kim bir-birini dinləmək və barışıqdan danışmaq istəmir.

Serbiya prezidenti daha əvvəl bildirmişdi ki, Qərb silahlarının Rusiyaya hücumları cavabsız qala bilməz. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin ölkəni bütün növ silahlarla müdafiə etməyə hazır olmasından danışarkən “blef etmir”.

Zaur, BakuPost
Chosen
40
1
bakupost.az

10Sources