EN

Yeddinci çağırış Milli Məclis parlamentlərarası dialoqun inkişafına sadiqdir - Spiker

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova MDB ParlamentlərarasıAssambleyasının Şura iclasında çıxış edib.

Trend xəbər verirki, Noyabrın 21-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəMDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura iclasıkeçirilib. Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə iştirakedib. İclasda bir sıra təşkilati və gündəlikdəki məsələlər müzakirəolunub.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda keçirilənMilli Məclisə növbədənkənar seçkiləri müşahidə edən MDB PA-nınmissiyasının yekun rəyinin müzakirəsi zamanı çıxış edərək, görülənişlərə görə bütün müşahidəçi qruplara, o cümlədən ParlamentlərarasıAssambleyanın müşahidə missiyasına təşəkkürünü bildirib.

Seçkilərin tarixinin dəyişdirilməsinin və sentyabrın 1-dəkeçirilməsinin, əsasən, Azərbaycanın COP29-a ev sahibliyi etməsiilə bağlı olduğunu bildirən spiker Sahibə Qafarova deyib ki, buqərar özünü tamamilə doğruldub. Onun sözlərinə görə, parlamentseçkiləri ölkənin siyasi həyatında bütün dövlət resurslarınınsəfərbər olunmasını tələb edən mühüm hadisələrdən biri olduğundan,196 ölkədən 70 mindən çox qonağın, o cümlədən 80-dən çox prezident,vitse-prezident və baş nazirlərin qatıldığı qlobal xarakter daşıyanbelə bir beynəlxalq tədbir zamanı seçkilərin keyfiyyətli təşkiliqeyri-mümkün idi.

Milli Məclisin sədri tədbir iştirakçılarının diqqətinə çatdırıbki, ötən parlament seçkiləri həm də cari ilin fevralında keçirilənprezident seçkilərindən sonra ölkəmizin bütün suveren ərazilərindəkeçirilən ilk parlament seçkiləri olması ilə əlamətdardır. Buseçkilərin bütün Azərbaycanda, o cümlədən işğaldan azad edilmiştorpaqlarda keçirilməsi ölkəmiz üçün mühüm tarixi əhəmiyyətə malikhadisədir. Qeyd olunub ki, seçkilər zamanı müvafiq dövlət orqanlarıtərəfindən vətəndaşların öz iradəsini azad ifadə etməsi və seçkiprosesinin tam şəffaflığının təmin edilməsi üçün hər cür şəraityaradılıb. Səsvermənin mövcud qanunvericiliyə və beynəlxalqstandartlara uyğun keçirilməsi üçün bütün zəruri tədbirlərgörülüb.

O, Yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisininəvvəlki kimi, parlamentlərarası dialoqun inkişafına sadiq olduğunu,bundan sonra da həm dost parlamentlərlə ikitərəfli əməkdaşlığındərinləşməsinə, həm də Parlamentlərarası Assambleya çərçivəsindəqarşılıqlı fəaliyyətin genişləndirilməsinə diqqət yetirəcəyinibildirib.

Məsələ ilə bağlı çıxış edən Rusiya Federasiyası Federal MəclisiFederasiya Şurasının sədri Valentina Matviyenko və BelarusRespublikası Milli Assambleyası Respublika Şurasının sədri NatalyaKoçanova COP29 kimi mötəbər və mühüm tədbiri yüksək səviyyədətəşkili münasibəti ilə Azərbaycan xalqına və AzərbaycanRespublikası Prezidentinə təbriklərini çatdırıblar. Eyni zamanda,parlament seçkilərinin uğurla keçirilməsi və yenidən Milli Məclisinsədri seçilməsi münasibəti ilə Sahibə Qafarovanı təbrikediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Chosen
13
24
az.trend.az

10Sources