EN

Borel Netanyahu və Qalantla bağlı həbs qərarını dəstəkləyib

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qalanta qarşı həbs qərarına münasibət bildirib.

APA Anadolu Agentliyinə istinadən xəbər verir ki, Borel sözügedən şəxslərin həbsi ilə bağlı qərarın hörmət edilməli və icra edilməli olduğunu bildirib.

İordaniyada səfərdə olan Borel Beynəlxalq Cinayət Məhkəməsinin qərarını dəstəkləyib.

Qərarın siyasi olmadığını vurğulayan Borel, bütün Avropa Birliyi ölkələri daxil olmaqla məhkəməyə üzv dövlətləri qərarı icra etməyə dəvət edib.

"Cebheinfo.az"

Chosen
17
5
cebheinfo.az

5Sources