EN

Lənkəranskinin düşməni olan erməni avtoritet bəraət aldı - FOTO

Ermənistanın paytaxtı İrəvanda məhkəmə "Pzo" ləqəbli "qanuni oğru" Armen Kazaryana bəraət verib. Kazaryanın vəkili bu məhkəmə qərarını "prokurorluğun növbəti fiaskosu" adlandırıb. Kazaryan cinayət iyerarxiyasında ən yüksək statusu saxlamaqda ittiham edilib.

News24.az lent.az-a istinadən bildirir ki, prokurorluq məhkəmənin hökmündən apellyasiya şikayəti verməyə hazırlaşır.

Kazaryana qarşı cinayət işi 2022-ci il martın 21-də başlanıb. 1991-ci ildə Rostov-na-Donuda Kazaryan cinayət iyerarxiyasının yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "qanuni oğru" statusunu alıb. Məlumata görə, cinayət işinin başlanmasına səbəb də bu olub.

Bu iş üzrə ittiham aktı 26 mart 2024-cü ildə prokuror tərəfindən təsdiq edilib. Təqsirləndirilən şəxsə başqa yerə getməmək barədə yazılı öhdəlik və təxminən 50 min ABŞ dolları girov alınıb.

2024-cü ilin aprelində restoranda davadan sonra Kazaryana qarşı daha bir cinayət işi də açılıb. O, xuliqanlıq və təcavüzdə ittiham olunub. Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, münaqişə aprelin 20-də baş verib və aprelin 23-də məhkəmənin qərarı ilə Kazaryan ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Kazaryan illər əvvəl öldürülən erməni avtoritet "Ded Xasan" ləqəbli Aslan Usoyanın ABŞ-da işlərini həyata keçirən şəxs olub. Aslan Usoyanın ölümündə isə azərbaycanlı mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin adı hallanıb. Bu səbəbdən Armen Kazaryanla Lənkəranski arasında münasibətlərin gərgin olduğu bildirilirdi.



Chosen
9
7
news24.az

8Sources