EN

Çin əyalətində nəhəng qızıl yatağı aşkar edildi

Bakı. Trend:

Çinin Hunan əyalətində geoloqlar Vanqu yatağında 300,2 ton qızılehtiyatı aşkar ediblər.

Trend xəbər verirki, əyalət idarəsinin yaydığı məlumata əsasən, təsdiqlənmişehtiyatların ümumi dəyəri 82,8 milyard dollar həcmindəqiymətləndirilir.

Qızıl tərkibli damarlar yerin 2 min metrdən çox dərinliyindəyerləşir. İlkin hesablamalara görə, hər ton filizdə qiymətlimetalın miqdarı təxminən 138 qramdır.

Rəsmi məlumatda bildirilir ki, ümumilikdə 40-dan çox qızıltərkibli damar aşkar edilib. Mütəxəssislər yatağın miqyasını "çoxböyük" adlandıraraq ehtiyatların min tondan artıq olduğunuvurğulayıblar.

Çin hazırda dünyanın ən böyük qızıl istehsalçısıdır. Dünya QızılŞurasının məlumatına əsasən, ötən il dünya üzrə qızıl istehsalınıntəxminən 10%-i Çinin payına düşüb. Bu yeni kəşf, Çinin qlobal qızılbazarındakı liderliyini daha da möhkəmləndirəcək.

Chosen
32
10
az.trend.az

10Sources