EN

Ukrayna ətrafında GƏRGİNLİK ARTIR

"Ukraynadakı münaqişə ilə əlaqədar Qazaxıstanın təhlükəsizliyini gücləndirmək lazımdır".

Publika.az TASS-a istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Dövlət başçısı Qasım-Jomart Tokayev Ukrayna ətrafında vəziyyətin gərginləşməsi səbəbindən baş nazirə, prezident administrasiyasının rəhbərinə, bütün hüquq-mühafizə orqanlarının rəhbərlərinə və akimlərə hərbi və mülki obyektlərin təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görməyi tapşırıb”, - mətbuat katibi ölkə lideri Berik Ualidən sitat gətib.

Tokayevin mətbuat xidmətinin rəhbəri Qazaxıstan üçün əsas vəzifənin sabitliyi, əmin-amanlığı, asayişi qorumaq olduğunu bildirib və Qazaxıstanın Ukraynadakı münaqişənin diplomatik yolla həllini müdafiə etməkdə davam etdiyini xatırladıb.

Bundan əvvəl Qazaxıstanın Ukraynadakı səfirliyi mərmilərin artması ilə əlaqədar öz vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.

Chosen
15
2
publika.az

3Sources