EN

Kim Çen In: “Koreya yarımadasında termonüvə müharibəsi başlayacaq həddədir” – ÖZƏL

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Koreya yarımadasında gərgin vəziyyətin termonüvə müharibəsinə səbəb ola biləcəyini bildirib. 

Olaylar.az xəbər verir ki, o, bu fikri Pxenyanda keçirilən silah sərgisinin açılışında səsləndirib. Bu barədə məlumatı Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb.

"Koreya yarımadasında münaqişə tərəfləri heç vaxt bu qədər təhlükəli və kəskin qarşıdurma vəziyyətində olmayıb. Hər an ən dağıdıcı termonüvə müharibəsinə çevrilə biləcək bir şərait yaranıb," - deyə Kim Çen In vurğulayıb.

KXDR lideri çıxışında ABŞ-nin düşmən siyasətini bir daha tənqid edib. O, Vaşinqtonun təxribatları artıraraq Şimali Koreyaya qarşı təzyiqi gücləndirdiyini və hegemonluğunu qorumaq məqsədilə yeni ittifaqlar qurduğunu qeyd edib.

Bundan əvvəl Kim Çen In dünyanın İkinci Dünya Müharibəsindən bəri ən çətin dövrünü yaşadığını və insanların ABŞ-nin qərb və şərqdəki fəaliyyətləri nəticəsində xaosa sürükləndiyini söyləmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
18
olaylar.az

1Sources