EN

Mata ABŞ futboluna pul yatırdı

Yaxın keçmişin ünlü ispaniyalı futbolçusu, hazırda Avstraliya təmsilçisi ''Vestern Sidney''də forma geyən Xuan Mata Amerika futboluna sərmayə qoyub.

O, gələn il MLS-də debüt edəcək ''San Dieqo''nun səhmlərinin müəyyən hissəsini ələ keçirib. İşin maddi tərəfi barədə məlumat verilmir. Mata bununla da MLS-ə sərmayə qoyan ilk aktiv futbolçu, Devid Bekhemdən sonra isə bu çempionatda səhm sahibi olan ikinci beynəlxalq futbolçu oldu.

İspaniya yığması ilə dünya və Avropa çempionu olmuş, ''Valensiya'', ''Çelsi'', ''Mançester Yunayted'', ''Qalatasaray'', ''Vissel Kobe''də forma geymiş 36 yaşlı Mata sentyabrdan bu yana şərəfini qoruduğu ''Vestern Sidney''də indiyə qədər 4 oyuna çıxıb.

Qeyd edək ki, eyni adlı şəhəri təmsil edən ''San Dieqo'' cəmi 18 ay öncə, yəni 2023-ün mayında yaradılıb. Bu komanda aşağı liqada uğurlu çıxış edərək MLS-də oynamağa haqq qazanıb.

ƏLİ

Chosen
22
football-plus.az

1Sources