EN

"Əli Kərimlinin hikkə və qəzəbi həm də xalqadır"- Partiya sədri

"Əli Kərimli COP29 ərəfəsində öz himayədar və havadarlarına güvənərək hikkəli bəyanatlar verirdi".

Bu sözləri Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu "Cebheinfo.az"-a açıqlamasında deyib. 

O bildirib ki, Əli Kərimli COP29-un uğursuz olacağını arzulayaraq, bundan Azərbaycan hökumətinə təzyiq vasitəsi kimi istifadə etmək istəyirdi:

"Elə bu yanaşmadan çıxış edərək hikkəli və özündənrazı açıqlamalar verirdi.

Amma hamı onun düşmənçiliyinin hakimiyyətə deyil, millətə və xalqa olduğunu görür. COP29-a qatılan ölkələr, beynəlxalq qurumlar və onminlərlə iştirakçı ona layiqli cavab verdi. Ölkəmiz COP29-a çox uğurla ev sahibliyi etdi". 

Partiya sədri qeyd edib ki, uzun illərdir xalqdan dəstək alan bilməyən bu şəxs Fransanın timsalında erməni lobbisinin əlində alətə çevrilmiş bəzi ölkələrin və beynəlxalq qurumların dəstəyini qazanaraq, özünü Azərbaycan əleyhinə aparılan kampaniyanın tərkib hissəsi kimi görür:

"O ümid edir ki, hər hansı beynəlxalq təzyiqlə özünə müəyyən güzəştlər əldə edə bilər. Lakin dövlət anlayışının fərqli olduğunu başa düşmür. İndiki Azərbaycan 1993-cü ildə onların qoyub getdiyi dağınıq, pərakəndə və əhalisi yoxsulluq içində yaşayan ölkə deyil. 

İndiki Azərbaycan ərazilərinin 20 faizi düşmən tərəfindən işğal edilmiş, inflyasiyanın yüksək səviyyədə olduğu xaotik bir məmləkət də deyil. Yəni, kimlərsə belə ucuz, primitiv təhdid və şantajlarla özlərinə imtiyazlar ala bilməzlər".

Ağasif Şakiroğlu hesab edir ki, bu tip insanları, xüsusən də Əli Kərimlini ciddiyə almağa ehtiyac yoxdur:

"O, ömrünün 31 ilini boş-boş danışmaqla yaşayıb. Bundan sonra da Allah verən ömrü elə bu boşboğazlıqla sona çatdıracaq. Bu adam başa düşməlidir ki, hansısa Co və ya Entoni Azərbaycan xalqının iradəsini dəyişə bilməz. 

Yalnız xalqdan, millətdən dəstək almaq lazımdır. Əli Kərimli isə Azərbaycan xalqına yad olduğu üçün bunları anlaya bilmir. 

Ümumiyyətlə, biz ciddi siyasətçilərin açıqlamalarını və onların atdığı addımları analiz etməliyik. Amma belə ucuz adamlar barədə danışmaq vaxt itkisidir".

Chosen
31
cebheinfo.az

1Sources