EN

Baş direktor: Azərbaycanda COP29-un təşkilatçılığı yüksək səviyyədə idi

"Bu COP tədbiri son deyil, başlanğıcdır".

APA xəbər veriri ki, bunu “GLOBE International” şirkətinin baş direktoru Malini Mehra "Gələcəyi qurulması: Azərbaycanda və dünyada COP29-un mirası" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, COP29-da bir çox məsələlər müzakirələr olunub.

"Azərbaycan bu tədbirlə bağlı öz səriştəsini göstərdi. 10 ayı əhatə edən təşkilatçılıq və baş tutan uğurlu tədbir həm də bütün cəmiyyətin göstərdiyi səylərin nəticəsidir. Mən burada könüllülərin fəaliyyətini də izlədim. Bunu ilk dəfə Pekində, Çində görmüşdüm. Gənclərin belə qlobal tədbirlərə cəlb edilməsini vacib hesab edirəm. Eyni zamanda əlçatanlıq baxımından da bu COP digərlərindən fərqlənirdi. Britaniyada baş tutmuş COP tədbirində əlçatanlıqla bağlı müəyyən problemlər var idi. Azərbaycanda isə təşkilatçılıq yüksək səviyyədə idi. Ümumilikdə danışıqların yaxşı keçdiyini hesab edirəm", - deyə Malini Mehra bildirib.

Chosen
24
1
apa.az

2Sources