“Real" maraqlı addımı ilə gündəmə gəlib.
Sportinfo.az xəbər verir ki, klub bir vaxtlar formasını geyinən Kriştiano Ronaldo, Devid Bekhem, Zinəddin Zidan, Serxio Ramos və Luiş Fiqu kimi ulduz futbolçuların soyunub-geyinmə otağındakı şkaflarını satışa çıxarıb.
Məlumata görə, 2002-2022-ci illər arasında komanda tərəfindən istifadə edilən şkaflar təmir zamanı “Santiaqo Bernabeu” stadionundan çıxarılıb.
“Sotheby's” hərrac evində 24 şkafın hər biri 10 min funt-sterlinqdən (12,600 dollar) təklif olunur. Satış noyabrın 26-na qədər davam edəcək.
Hərracdan əldə olunan gəlirin bir hissəsinin “Real Madrid Fondu”na bağışlanacağı bildirib.