EN

Putin ən çox bundan qorxur - Politoloq detalları açıqladı

“Nüvə silahından istifadə Rusiyanın məhvinə gətirib çıxara bilər”.

Bu sözləri politoloq Natiq Miri “Cebheinfo.az”-a açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin son təhdid xarakterli çıxışlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Putinin çıxışları ilk olaraq rus xalqına xəbərdarlıqdır:

“Bu, öncə rus xalqına verilən bir mesajdır. Yəni rus xalqı çətin günlərə hazır olsunlar. Artıq ABŞ və onun müttəfiqləri Ukraynaya özlərinin uzaqmənzilli ballistik raketlər ilə Rusiyanın dərinliklərində strateji hərbi obyektlərə zərbə endirməsinə icazə verib.

Bu, müharibənin Rusiyanın ərazisinə daşınması deməkdir. Putinin son bəyanatları Qərb dünyasına və Ukraynaya çəkindirici xarakter daşıyır. 

Rusiya həm Qərb dünyasını, həm də Ukraynanı nüvə başlıqlı qitələrarası raketlər ilə qorxudur. Yəni bu, bir hədədir.

Putinin dünənki çıxışı onu göstərir ki, Rusiyanın hərbi-siyasi rəhbərliyi Qərbin son addımından, həqiqətən çox qorxub. Çünki Rusiya rəhbərliyinin hərəkətləri yalnız qorxaqlara məxsusdur. Qorxmayan ölkələr bu cür hədələrə əl atmırlar.

Moskvada hesab edirlər ki, Qərbin Ukraynaya uzaqmənzilli strateji silahlardan istifadə etməyə icazə verməsi Rusiyanın Ukraynada işğal etdiyi ərazilərdə vəziyyəti dəyişməyəcək. Ancaq unudurlar ki, Rusiya çox böyük itkilərlə üzləşəcək.

Ukrayna uzaqmənzilli strateji silahlar ilə Rusiyanın dərinliklərində yerləşən hərbi aerdromları, hərbi anbarları, logistik mərkəzləri və digər mühüm hərbi obyektləri sıradan çıxara bilər. Belə bir halda Rusiya üçün müharibə ikiqat və üçqat çətinləşəcək”. 

Politoloq vurğulayıb ki, nüvə silahından istifadə Rusiyanı ağır fəlakətə düçar edə bilər. 

“Nüvə müharibəsi birtərəfli olmayacaq. Əgər Rusiya nüvə silahından istifadə edəcəksə, ABŞ və NATO da buna cavab olaraq Rusiyanın şimal sərhədlərinə nüvə zərbəsi endirəcək.

Rusiyanın şimal ərazilərində nüvə silahının tətbiqi Peterburq və Moskvanın məhvinə gətirib çıxara bilər. Bunun baş verəcəyi təqdirdə Putinin hakimiyyətdə qalması qeyri-mümkün olacaq. 

Putinin son çıxışı çəkindirici xarakter daşıyır. ABŞ, Böyük Britaniya və onların müttəfiqləri Rusiyanın təhdidlərini ciddi qəbul etməyiblər Əksinə Rusiyanın təhdidlərinə hazır olduqlarını bəyan ediblər”. 

Chosen
26
50
cebheinfo.az

10Sources