EN

Trampa seçkidə uduzan Kamala Harris məğlubiyyətdən sonra hara yoxa çıxıb? - Ağ Evdən açıqlama

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-də prezident seçkisində Donald Trampa uduzan vitse-prezident Kamala Harris Havay adalarında ailəsi ilə birlikdə dincəlmək ehtiyacı duyub.
Oxu.Az-ın KP.ru-ya istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəsi Karin Jan-Pyer məlumat verib.
"Vitse-prezident ailəsi ilə vaxt keçirmək üçün fasilə götürüb. Düşünmürəm ki, burada nəsə qəbahətli bir şey var. Fikrimcə, o, ailəsi ilə və işdən kənarda vaxt keçirməyə haqq qazanıb", - deyə Karin Jan-Pyer vitse-prezidentin son dörd il ərzində çox çalışdığını qeyd edib.
Bildirilir ki, Kamala Harris noyabrın 20-də Havay adalarına gedib. O vaxtdan bəri onun ofisinin iş qrafikində növbəti günlər üçün ictimai tədbirlər planının olmadığı bildirilir.
Xatırladaq ki, 5 noyabr 2024-cü il tarixində seçkini uduzduqdan sonra Harris ertəsi gün tərəfdarları qarşısında çıxış edib, həmçinin 11 noyabr Veteranlar Günü tədbirlərində iştirak edib. Bundan sonra siyasətçi bir daha ictimaiyyət qarşısında görünməyib.
Chosen
5
35
oxu.az

10Sources