EN

Füzuli Hüseynov filmlərə çəkilməməsinin səbəbindən danışdı

Təhminə” filmində yaratdığı “Spartak” obrazı ilə tamaşaçıların yaddaşına həkk olan Əməkdar artist Füzuli Hüseynov filmlərə cəkilməməsinin səbəbindən söz açıb.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “El canlı” verilişində danışıb.

Bir çox filmlərə çəkilmək üçün dəvət aldığını söyləyən aktyor bildirib ki, rejissorlar onu çəkməkdən imtina ediblər:

“Səbəbini heç kim bilmir. Qəribə aura olurdu. Universitetə daxil olduğum 1980-ci ildən bitirdiyim 1984-cü ilə qədər bütün filmlərə dəvət almışam. Sonra niyə çəkilməməyimin səbəbini heç kim deməyib. Yəqin onda da bir mafiya var idi. Ən sonda Ceyhun Mirzəyev “Bəyin oğurlanması” filmində dedi, istəyirəm çəkiləsən.Cavab verdim ki, özünüzü yormayın, bütün filmlərə dəvət edilirəm, amma çəkilmirəm. Dedi, yox, get foto çəkdir gətir. Getdim fotolar çəkdirdim, gəldim. Bəzi fotoları cırdı ki, pis idi çırdım, amma filmdə rol alacaqsan. O da mənim ilk filmim oldu”.

Chosen
20
6
olay.az

7Sources