EN

Türkiyə Pakistanda törədilən terror aktını pisləyib

Bakı, TurkicWorld

Türkiyə Xarici İşlər Nazirliyi Pakistanın Hayber Pahtunhva əyalətində dünən baş verən terror aktını pisləyib.

TurkicWorld xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada bu ifadə işlədilib: “Pakistanın Hayber Pahtunhva əyalətində dünən baş verən terror aktını pisləyirik”.

Açıqlamada hücumda həyatını itirənlərə başsağlığı verilib, yaralılara tezliklə şəfa dilənib və Türkiyənin terrorla mübarizədə Pakistanla həmrəyliyini davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, Pakistanın Hayber Pahtunhva əyalətində şiə müsəlmanları daşıyan sərnişin mikroavtobuslarına silahlı hücum nəticəsində 42 nəfər ölüb, 30 nəfər yaralanıb.

Chosen
7
4
turkic.world

5Sources