EN

Petrosyan Çingiz xanın sözlərini paylaşdı: İrəvanda təşviş...

Ermənistan Dövlət Nəzarəti Xidmətinin rəhbəri Romanos Petrosyan Moğol-Tatar İmperiyasının hökmdarı, əfsanəvi türk sərkərdəsi Çingiz xandan sitat gətirib.

Titul.az globalinfo.az-a istinadən xəbər verir ki, onun paylaşımı erməni ictimaiyyətində birmənalı qarşılanmayıb.

"Qorxursansa etmə, edirsənsə qorxma, etmisənsə peşman olma"... Bu sözlər XII əsrdən bəri Çingiz xana aid edilir. Bilmirəm, həqiqətən ona məxsusdur, ya yox. Amma onun siyasi fəaliyyətinə görə çox müasir yanaşmadır”, – Petrosyan bildirib.

Petrosyanın bu paylaşımının İrəvan hökumətinə, xüsusilə hakim Mülki Müqavilə Partiyasının bəzi üzvlərinə mesaj olduğu iddia edilir. Məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətdəki son istefalar zamanı onu da siyahıya salması gözlənilib. Hətta yaxın zamanda Romanos Petrosyanın vəzifəsindən istefa verə biləcəyi deyilir.

Deputat Sasun Mikaelyan və Baş nazir Aparatının rəhbəri Araik Arutyunyanın onunla münasibətlərinin gərgin olduğu iddia edilir. Həmçinin Arutyunyanın Petrosyanı istefaya göndərmək istədiyi bildirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Chosen
2
8
titul.az

9Sources