EN

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına

Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin şəxsində partiyanın bütün üzvlərinə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan bugünədək Azərbaycanın qabaqcıl siyasi partiyası olmuş, iqtisadiyyatın inkişafı, milli birliyin təmin olunması və beynəlxalq aləmdə güc əldə edilməsində önəmli rol oynamış və böyük uğurlara imza atmışdır.

Xüsusilə neft və təbii qaz mənbələrinin doğru bir şəkildə istifadə edilməsi, beynəlxalq investisiyalar və ölkənin infrastrukturunun gücləndirilməsi vüsət almışdır. YAP-ın idarəçiliyi dövründə Azərbaycan torpaqlarını işğaldan azad etmiş, regionun parlayan ulduzu və bütün Türk dünyası üçün bir ilham qaynağı olmuşdur.

Bu əlamətdar gündə Yeni Azərbaycan Partiyasının uğurlarının davamını diləyir, Azərbaycanın daha parlaq bir gələcəyə doğru irəliləməsinə töhfələrinizin artaraq davam etməsini arzulayıram.

Dəyərli partiya üzvlərinə və qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah dolu bir gələcək diləyir, ən səmimi salamlarımı və ehtiramımı ifadə edirəm.

Şamil Ayrım,
AK Parti İstanbul millət vəkili,
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri

Chosen
26
3
ikisahil.az

4Sources