EN

İranın nüvə obyektlərinə hücum olacaq – Razılıq əldə edildi

İsrail Ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, Təl-Əviv Tehranın nüvə proqramına qarşı hərbi əməliyyatlar keçirəcəyi mümkün ehtimallar arasındadır.

Məlumata görə, mövcud vəziyyət İsrailə İranın nüvə obyektlərini hədəfə almaq və sıradan çıxarmaq üçün qızıl fürsət təqdim edib.

Bildirilib ki, İsrail oktyabrın 26-da İranın nüvə obyektlərinə hücum etməsə də, gələcəkdə belə bir hücum ehtimalı həmişəkindən daha çoxdur.

Məlik,
KONKRET.az

Chosen
26
konkret.az

1Sources