EN

Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar

Bakıda qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Publika.az xəbər verir ki, əvvəllər Milli Təhlküəsizlik Nazirliyində işləmiş, daha sonra təqaüdə çıxmış qadın polisə müraciət edərək 1984-cü il təvəllüdlü Ramil Teyyubovun onu aldadaraq 15 min manat aldığını bildirib.

Şikayətçi bildirib ki, çanaq sümüyündəki zədəyə görə ikinci qrup əlillik dərəcəsi təyin edilib və hər ay dövlətdən pensiya alıb. Lakin 2021-ci ildən pensiyanın verilməsi dayandırılıb. Bu məsələ ilə bağlı Ramil ona kömək edəcəyini, pensiyasını bərpa edəcəyini bildirib. Lakin R. Teyyubov 15 min pul alsa da, məsələni həll etməyib.

Faktla bağlı R. Teyyubov barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsi ilə cinayət işi açılıb. İstintaq vaxtı R. Teyyubov aldığı pulların hamısını gerii qaytarıb.

Chosen
11
1
publika.az

2Sources