EN

Məşhur ispan serialının aktyorları Atatürklə bağlı filmdə: "Bu sual təhqirdir"

Ötən gün Antalyada keçirilən tədbirdə “Atatürk 1881-1919” filminin rejissoru Mehmət Ada Öztəkin ekran əsərinin istehsal prosesindən danışıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, rejissor layihədə xarici aktyorların da iştirak etdiyini diqqətə çatdırıb:

"La Casa De Papel” serialından Helsinki obrazı ilə tanıdığınız Darko Periç, Con Ceyms, Lidija Kordic, Predraq Bjelac kimi mühüm insanlarla çalışdıq. Darko Periçlə ilk dəfə görüşəndə ​​ondan soruşdum: 'Sən Atatürkü tanıyırsan? Heç haqqında eşitmisinizmi?”. Darko cavabında dedi: "Belə bir sualı təhqir hesab edirəm. Mən Atatürkü çox yaxşı tanıyıram və ona görə də bu layihədə iştirak etmək istəyirəm. Mən Atatürk üçün buradayam”.

Mehmət Ada Öztəkin polkovnik-leytenant Mustafa Kamalın 57-ci Alaya qoşulması səhnəsində Atatürk rolunu oynayan Aras Bulut İynemlinin hönkürərək ağladığını da açıqlayıb.


Müəllif: Pərvin Cəfərova
Chosen
28
1
teleqraf.com

2Sources