EN

Rusiyalı idman nazirinin sərxoş halda "rəqs şou"su - VİDEO

Rusiyanın Tuva respublikasının idman naziri Subuday Monquş Monqolustanda ziyafətdə sərxoş halda rəqs edib və videoya düşüb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, rusiyalı məmurun görüntüləri Telegram kanalı tərəfindən yayılıb.

Təqdim olunan videoda idman idarəsinin rəisinin gecə klubunda necə əyləndiyi əks olunub. Bir dostu onun hərəkətlərini telefon kamerasına çəkir.

Respublika sakinləri qeyd ediblər ki, nazir Rusiya və Tuvanı dövlətdən kənarda xoşagəlməz şəkildə təmsil edir. Nəşrin məlumatına görə, 34 yaşlı Monquşun vəzifəsindən uzaqlaşdırılacağı ehtimal edilir.

Tuva rəhbərliyi hələ ki, tabeliyində olan məmurla bağlı vəziyyəti şərh etməyib.

Milli.Az

Chosen
30
1
milli.az

10Sources