EN

“Axır vaxtlar bir az emosional olmuşam” - Azər Bağırov

“Kəpəz” Azərbaycan Premyer Liqasının 14-cü turunda öz meydanında “Araz-Naxçıvan” 0:2 hesabı ilə məğlub olub.

OXU24.COM xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Gəncə azarkeşlərinə təşəkkür edirəm. Komandanı sona qədər dəstəklədilər. İki fərqli hissə izlədik. İlk yarıda oyunumuz alınmırdı. İkinci hissədə dəyişikliklər etdik. Amma qolu vura bilmədik.

– Sarı vərəqə gördüyünüz epizodu necə dəyərləndirirsiz?

– Axır vaxtlar bir az emosional olmuşam. Bu da son oyunlara görədir. Biz də özümüzü tənzimlənməliyik.

– Keçmiş komandanıza məğlubiyyətin məyusluğu var?

– Məğlubiyyətlərin hamısı məyusluq yaradır. Rəqibin fərqi yoxdur. Bu gün önəmli olan “Kəpəz”in xal qazanması idi.

Chosen
10
5
oxu24.com

8Sources