Lionel Messinin də çıxış etdiyi ABŞ-nin “İnter Mayami” klubunun yeni baş məşqçisi bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Onun iddiasına görə, Mayami klubunu Argentina U-20 millisinin baş məşqçisi Xavyer Maskerano çalışdıracaq. Onunla 3 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Xavyer Maskerano “İnter Mayami”nin kapitanı Lionel Messi ilə Argentina millisində və “Barselona”da komanda yoldaşı olublar.