EN

Anna Akopyan 1 milyon dramlıq şam yeməyi təşkil edib



Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan 1 milyon drmlıq (təxminən 2600 dollar) şam yeməyi təşkil edib.

Newscenter.az hraparak.am-a istinadən bildirir ki, bu barədə iqtisadçı Vardan Bostancyan deyib. Erməni iqtisadçı baş nazirin həyat yoldaşının təşkil etdiyi şam yeməyinin payaxt İrəvandakı məşhur restoranlardan birində olduğunu qeyd edib.

Vardan Bostancyan bu cür yollarla Ermənistanın dövlət büdcəsinin talandığını vurğulayıb:

"Bu mənfi tendensiya Ermənistanı məhvə doğru aparır. İnsanlar iqtisadi və sosial baxımdan ciddi əziyyət çəkirlər".

Anar Əliyev
Chosen
32
newscenter.az

1Sources