EN

Livanda bəzi xəstəxanalar fəaliyyətini dayandırıb - ÜST həyəcan təbili çalır

Image

İsrail və "Hizbullah" arasında hərbi əməliyyatlar səbəbindən Livandakı bəzi xəstəxanalar tam və ya qismən fəaliyyətini dayandırmağa məcbur olub. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Livandakı nümayəndəliyi məlumat verib. "Bu gün ölkənin səhiyyə sistemi çox güclü təzyiq altındadır, 153 xəstəxanadan 15-i fəaliyyətini dayandırıb və ya qismən fəaliyyət göstərir", - hesabatda qeyd olunub.

Bildirilib ki, bəzi bölgələrdə vəziyyət daha ağırdır. "Livanın səkkiz əyalətindən biri olan Nabatiyə xəstəxana çarpayılarının təxminən 40 %-ni itirib", - ÜST-ün hesabatında vurğulanıb.

Mətləb Salahov





Chosen
26
10
baki-xeber.com

10Sources