EN

Adlarını sürücü qoyublar, amma qanundan xəbərləri yoxdur — VİDEO

Bakıda yol hərəkəti qaydalarını pozan sürücülər kameraya düşüb.

Hadisə oktyabrın 22-də, paytaxtın Həsən Əliyev küçəsində baş verib.

Belə ki, görüntünü qeydə alan sürücü yolayrıcında tıxacın olduğunu görərək stop xətt qarşısında növbəsini gözləyib. Bu zaman sol zolaqla hərəkət edən 77-LL-118 qeydiyyat nişanlı "Lixiang" markalı və 10-MY-584 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillərin sürücüləri düzünə hərəkət təşkil edilmiş zolaqdan sağa dönüblər. Yol nişanlanma xəttinin tələbini pozan sürücülər daha sonra yolayrıcının keçilməsi qaydasını pozublar. "Mercedes" markalı avtomobilin sürücüsü isə qırmızı işıqda hərəkətinə davam edib.

"Yol hərəkəti haqqında" qanunun 75-ci maddəsində qeyd olunub ki, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.  (Avtosfer.az)

Chosen
6
1
demokrat.az

2Sources