EN

COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib- “Azərenerji” (VİDEO)

Bakı. Trend:

11-22 noyabr tarixlərində keçirilən COP29 tədbirinin vəümumilikdə Bakı şəhəri başda olmaqla ölkənin fasiləsiz və dayanıqlıelektrik təchizatının təmin edilməsi üçün “Azərenerji” ASC üzərinədüşən bütün öhdəlikləri yerinə yetirib.

Trend xəbər verir ki, bubarədə “Azərenerji” məlumat yayıb.

Belə ki, müvafiq dövlət qurumları ilə birgə 24 saat fasiləsizolaraq strateji əhəmiyyətli yüksəkgərginlikli ötürmə xətləri,qovşaq yarımstansiyaları, o cümlədən istehsal mənbəyi olan elektrikstansiyalarının fiziki təhlükəsizliyi tam təmin edilib və texnikipersonal, xüsusi təyinatlı briqada və səyyar diaqnostikaavadanlıqları gecə-gündüz iş başında olub. Eyni zamanda paytaxt vəətraf ərazilərdə yerləşən 37 qovşaq yarımstansiyası, 129 ötürməxətti və 6 elektrik stansiyası daim təftiş olunub. SCADA sistemibaşda olmaqla bütün enerjisistemin proqram təminatı və rəqəmsalidarəetməsi üçün kiber təhlükəsizlik tədbirləri ən yüksək səviyyədəhəyata keçirilib. Nəticədə, tədbir müddətində baş verə biləcəktəhlükələr anında aradan qaldırılıb və heç bir qəza açılmasıyaşanmayıb.

Paralel olaraq “AzərEnerji” COP29 tədbirində yaxından təmsilolunub. Belə ki, “mavi zona”da “AzərEnerji” rəhbərliyi müxtəliftədbirlərdə iştirak edib. “Yaşıl zona”da isə “AzərEnerji”tərəfindən gələcəyin enerjisistemi, karbon sertfikatı, “yaşılenerji” zonası, dekarbonizasiya, elektroenergetikanınmodernizasiyası, data analitika, “yaşıl enerji” xabı və başqamövzularda dünyanın aparıcı enerji şirkətlərinin iştirakıylaümumilikdə 18 tədbir, memorandum imzalanması, təqdimat və görüşlərkeçirilib.

COP29 tədbiri müddətində “AzərEnerji” ilə “Azərişıq” ASC-lərin“yaşıl zona”da yerləşən pavilyonunu 10 minədək qonaq ziyarət edibki, onların arasında nüfuzlu şəxslər, xarici qonaqlar üstünlüktəşkil edib.

Məqalədə:
Chosen
19
9
az.trend.az

9Sources