EN

“Hyundai” 145 min elektromobili geri çağırır

Müəlliif:Ayşən İmanova/Banco.az

Koreyanın “Hyundai” şirkəti ABŞ-də 145 min elektriklə işləyən avtomobili idarə edərkən mümkün enerji itkisi riskinə görə geri çağıracaq.

Banco.az xəbər verir ki, bu barədə “motor1.com” ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat yayıb.

Qeyd olunub ki, avtomobillərdə quraşdırılmış şarj etmənin idarəetmə blokunun zədələnməsi ilə bağlı problem aşkarlanıb. Bu qüsur 12 voltluq batareyanın doldurulmasının qəfil dayanmasına və güc qabiliyyətinin itirilməsinə səbəb ola bilər ki, bu da qəzalarla nəticələnmə riskini artırır.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
67
33
banco.az

10Sources