EN

İstanbulda qanunsuz bahis əməliyyatında 5 şübhəli həbs edilib

İstanbulda

İstanbul İl Təhlükəsizlik Müdirliyi Kiber Cinayətlərlə Mübarizə Şöbə Müdirliyi qrupları, qanunsuz bahis cinayətləri ilə əlaqədar cinayət təşkilatlarının ifşası və şübhəlilərin tutulması üçün işlərə başlayıb.

Xalqcebhesi.az-ın Türkiyənin “haberglobal.com.tr” saytına istinadən xəbərinə görə, texniki və fiziki izləmə nəticəsində bahis saytlarının maliyyə əməliyyatlarının Bəylikdüzündə bir villada aparıldığını aşkarlayan qruplar, şübhəlilərin pəncərələri qara panjurlarla bağlanan villada heç kimin yaşamadığı təəssüratı yaratdıqlarını müəyyən ediblər.

Ünvanda əməliyyat keçirən qruplar 5 şübhəlini ələ keçirib, axtarışlar zamanı 72 telefon və sim kart, 9 noutbuk və 5 pul kisəsi ələ keçirilib. Polis bölməsindəki əməliyyatlardan sonra 5 şübhəli ədliyyəyə sövq edilərək həbs edilib.

Chosen
35
xalqcebhesi.az

1Sources