EN

Larsson londonluların hədəfində

İki London klubu eyni futbolçu üçün mübarizəyə başlayıb. İsveç yığmasının üzvü Huqo Larsson həm “Arsenal”, həm də “Tottenhem”in maraq dairəsindədir.

Futbolinfo.az xəbər verir ki, “Ayntraxt” 20 yaşlı yarımmüdafiəçisi üçün 75 milyon avro istəyir. Frankfurt klubu onu ötən yay “Malmö”dən 9 milyon avroya alıb.

Əslində, futbolçunun bazar dəyəri 30 milyon avrodan çox deyil. Almanlar ingilis klublarının rəqibətindən yararlanmaq üçün oyunçusuna belə qiymət qoyub.

Chosen
20
futbolinfo.az

1Sources