EN

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 5 milyard 475,287 milyon manat təşkil edib.

"Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % çoxdur.

O cümlədən, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 25,7 % artaraq 1 milyard 705,395 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 2,35 % azalaraq 3 milyard 569,867 milyon manat, aksizlər üzrə daxilolmalar 11,9 % azalaraq 164,521 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 2,8 % azalaraq 35,504 milyon manat olub.

www.anews.az
Chosen
18
5
anews.az

6Sources