EN

Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış

Mətbəxdə tez-tez istifadə etdiyimiz və əksər insanların metal qaşıqlardan daha sağlam variant olduğunu düşündüyü taxta qaşıqların zərərli olduğu ortaya çıxıb.

Publika.az
xəbər verir ki, mütəxəssislər tavaların cızılmasının qarşısını alan təbii məhsullar olan taxta qaşıqlardan istifadə barədə xəbərdarlıq edirlər.

Taxta qaşıqlardan istifadə zamanı yaranan bu zərərlər qaşığın istehsal olunduğu ağac növündən asılıdır. Bəzi ağac növləri böyüdükləri torpaqdan asılı olaraq arsen və qurğuşun kimi ağır metalları torpaqdan udmaq qabiliyyətinə malikdir.

Hazırlandığı ağaca görə bu ağır metallar da qaşığın tərkibinə daxil olur. Bu metallar uzun müddət bədənə daxil olduqda zəhərli təsirlərə səbəb olur.

Bundan əlavə, qoz ağacları kimi bəzi ağac növləri tərkibindəki təbii allergiya maddələrinə görə həssas dərili insanlarda qaşınma və ciddi allergik reaksiyalara səbəb ola bilər. Bu səbəbdən taxta qaşıqdan istifadə edərkən onun hazırlandığı ağac növünə diqqət yetirmək lazımdır.

Zərərli bakteriya riski

Chosen
25
2
publika.az

3Sources