EN

Samir Abasov: "Fernandu Santuş küçədən gələn məşqçi deyil, Avropa çempionudur"

"Neftçi" Misli Premyer Liqasının 14-cü turunda doğma meydanda "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Yaxşı əhval-ruhiyyə ilə çıxırıq oyundan. Ciddi və yaxşı rəqibə qarşı oynadıq. Oyunun içində də bizə əziyyət verdilər. Qələbələrə elə ehtiyacımız var ki, çox sevindik.

- Milli komanda neçə gündür ki, müzakirə olunur. Qapıda Mehdi Cənnətov yox, Rza Cəfərovun dayanması çox müzakirə edildi. Son məğlubiyyətdən sonra Fernandu Santuşun əvəz olumması ilə bağlı fikirlər səsləndirilir. Bu haqda fikirləriniz necədir?

- İsveçlə görüşdə Rza Cəfərov start heyətində idi. Çox üzüldük məğlubiyyətə görə. Bir neçə il bundan qabaq mən də millinin üzvü olmuşam. Belə məğlubiyyətlər bizim də başımıza gəlib. Nə yaşamışamsa, aşağı-yuxar bilirəm o futbolçular nə çəkir. Bu, bizim millidir. Hamımız səmimi qəlbdən üzüləcəyik. Udacağıqsa, hamımız səmimi olaraq sevinəcəyik. Belə olmalıdır. İstəmərəm ki, millidən qayıdan futbolçum suyu süzülmüş halda gəlsin. Xalqımız adına da üzücüdür. Keçmiş olsun. Futbolçulara uğurlar arzulayıram. İnanıram ki, yaxşı işlər görüləcək. Bir baş məşqçi digər baş məşqçi haqda necə danışmalıdır? Bu gün həmin məşqçini millimizə gətiriblərsə, müqavilə imzalayıblarsa... Küçədən gələn məşqçi də deyil, Avropa çempionudur. Namizədləri gözdən keçirsəydik, Santuşun adını birinci deyərdik. Ən azından təcrübəsinə görə. Azərbaycanlı da olsa, məşqçi haqda danışmaq istəmirəm. Etikadan kənardır.

- Millinin oyunlarından sonra ən çox təndiq olunan Ramil Şeydayev idi. Rza Cəfərov İsveçlə matçdan sonra psixoloji sarsıntı keçirib. Onları necə köklədiz oyuna?

- Digərlərində görməyə bilərik. Amma demək olmaz ki, digərləri üzülmədi. Orada olan tərcüməşi Vüqar bizdə işləyir. O da danışır bizə, nə qədər üzülüblər. Kökləmək çox çətin idi. Bu məğlubiyyətdən sonra birə beş işimiz artır. Futboldur. Futbolçunun həyatında belə məğlubiyyətlər olacaq.

- Növbəti turda "Qarabağ"la oynayacaqsız. Qələbə "Neftçi"ni yenidən liqaya qaytara bilər?

- Bu gün çətin işə başlamışıq. Millidən danışırıqsa, belə şeylər bizim də başımıza gələ bilər. Mənim dövrümdə biz tam formalaşmış komanda deyilik. Adımızı qaytarmaq üçün futbolçular və mən çox işləməliyik. "Qarabağ"la oyun gələn həftədir. Hazırlaşacağıq. Azarkeşlər bizi bu gün necə dəstəklədilərsə, o oyunda da dəstəkləyəcklər. Onlar üçün də həmin matç çox vacibdir. Bundan da çətin oyunlar olacaq. 

- Bugünkü qələbədə əsas pay istək idi, yoxsa artıq istədiyiniz oyun sistemini görə bilirsiz?

- Faiz dərəcəsi ilə götürsək, istək önədi idi. Futbolçular da bir-birinə motivasiya verirdi. Hansısa oyunu otuzdurmağımızdan danışmaq reallıqdan uzaqdır.  Faiz dərəcəsi ilə götürsək, bəlkə də 10 faizdəyik. Daha dinamik, oyuna diqtə edən tərəf olmalıyıq. Bu istək olmasa, işləyə bilməyəcəyik. Qələbənin açarı istək idi. Hansı ki, bu vaxta kimi bunun belə, əziyətini çəkirdik.

Mirbağırağa

saytlarin hazirlanmasi

Chosen
21
5
sportal.az

6Sources