EN

Gənc qadın evində boğazı kəsilmiş halda TAPILDI

Türkiyənin Şanlıurfa vilayətində yaşayan Leyla Üren evində boğazından bıçaqlanaraq öldürülüb.

 

L.Ürenin qatili Suriya əsilli Əhməd Əl Avvad saxlanılıb.

 

Hadisə zamanı Leyla Ürenin tək yaşadığı mənzildən gələn səs-küydən sonra qonşuları vəziyyəti polisə bildiriblər. Xəbər üzərinə hadisə yerinə gələn polislər qadını evdə qanlar içində tapıblar. Müayinə zamanı boğazı bıçaqla kəsilən qadının öldüyü müəyyən edilib.

 

Leyla Ürenin cəsədi hadisə yerində müayinə olunduqdan sonra ekspertiza üçün Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb. Polis bölgədəki təhlükəsizlik kameralarını yoxladıqdan sonra şəxsiyyətini müəyyən edən Suriya vətəndaşı Əhməd Əl Avvadı yaxalayıb.

 

Hadisə ilə bağlı istintaq davam edir./medianews.az

Chosen
5
2
gundem.az

3Sources