EN

Gecə klubunda ölən 17 yaşlı qız bu müğənninin ÖVLADI İMİŞ - Əylənməyə getmişdi... + FOTO

Noyabrın 16-na keçən gecə Kişinyovda məşhur moldovalı ifaçı Ä°qor Kuçukun yeganə qızı 17 yaşlı Andrea Kuçuk yerli əyləncə klublarından birində ölüb.

Titul.az baku.ws-ə istinadən bildirir ki, faciəli hadisə qızın oxuduğu Stefan Neaga adına musiqi kollecində birinci kurs tələbələrinin əyləncəsindən sonra baş verib.

Klubdakı bayramın qeyri-rəsmi hissəsində Andrea sinif yoldaşları ilə rəqs edərkən qəfildən halı pisləşib. Qız huşunu itirərək yıxılıb.

Hadisə yerinə iki təcili yardım briqadası cəlb olunub. Həkimlər 52 dəqiqə ərzində intensiv terapiya aparıb və ürək-ağciyər fəaliyyətini bərpa etməyə çalışıblar. Bütün səylərə baxmayaraq, qızı xilas etmək mümkün olmayıb.

Sonradan məlum olub ki, Andreanın ürəyində problemlər olub və təxminən beş il əvvəl o, əməliyyat olunub. Ölümün ilkin səbəbi ürək dayanmasıdır. Kişinyov polisi faktla bağlı araşdırmalara başlayıb. Andrea Kuçuk ailəsində yeganə uşaq idi. O, atasının yolu ilə gedib və musiqi karyerasında ilk addımlarını atası ilə həm solo, həm də duet şəklində ifa edib.

Chosen
14
bizimshow.az

1Sources