Bakı. Trend:
Almaniyada qaçqın sığınacağında güclü yanğın zamanı azı 20 nəfərxəsarət alıb.
Trend xəbər verir ki, bubarədə “Tagesschau” portalı məlumat yayıb.
"Voqelzanqda (Şimali Reyn-Vestfaliya federal əyaləti) mərkəziqaçqın sığınacağında iri miqyaslı yanğında 20 nəfər xəsarət alıb.Binaya ciddi ziyan dəyib. Yanğının səbəbi məlum deyil", - xəbərdəbildirilir.
Məlumata görə, müəssisədə ümumilikdə 380 nəfər, alovlanan binadaisə 18 nəfər yaşayıb. Xəsarət alanlardan 10-u xəstəxanalaraçatdırılıb.
Bina yanğın nəticəsində kül olub. Qeyd edilir ki, iki qonşu binada yaşayış üçün yararsız hala düşüb.