EN

Qvardiola şokda: dalbadal 5 məğlubiyyət

style='margin-bottom:10px;'>

Xəbər verdiyimiz kimi, "Mançester Siti" ötən gecə İngiltərə Premyer Liqasının 12-ci turunda öz meydanında "Tottenhem"ə 4 cavabsız qolla uduzub. "Şəhərlilər" bütün turnirlər daxil olmaqla ardıcıl 5-ci dəfə məğlub olub ki, bu da komandanın baş məşqçisi Pep Qvardiolanın karyerasında bir ilkdir.

QoL.az xəbər verir ki, Qvardiola oyundan sonra komandasının düşdüyü durum haqda BBC-yə açıqlama verib.

O bildirib ki, ardıcıl məğlubiyyətlərdə problem taktikada ola bilməz: "Matça çox yaxşı başladıq, amma hesabı çevirə bilmədik. Qapımızda qol görəndə emosional çətinlik yaşadıq. Burada olduğum 8 mövsümdə heç vaxt belə çətin dövr keçirməmişdim. Bəzən bu vəziyyəti yaşamanız lazımdır. Bəzən səbəbləri tapa bilmirsiniz. Müasir futbolda həmişə istədiyin olmur. Amma ayağa qalxacağıq. Belə durumda təbii ki, taktikadan danışmaq olmaz. Premyer Liqada ardıcıl 3 matçda uduzursansa, problem taktikada ola bilməz. Bu durumu öz xeyrimizə dəyişməliyik. Bunu yoxlayacağıq".

Qeyd edək ki, "Mançester Siti" ardıcıl üç Premyer Liqa oyununda, bir dəfə Çempionlar Liqasında, bir dəfə isə İngiltərə Liqa kubokunda uduzub. Komanda hazırda Premyer Liqada 23 xalla 2-ci pillədə qərarlaşıb və bir oyun az keçirən lider "Liverpul"dan 5 xal geri qalır.

Chosen
24
teleqraf.com

1Sources