EN

İsraillilərin neçə faizi Livanda atəşkəsin tərəfdarıdır?

 

  İsraillilərin 54 faizi Livanda atəşkəsin tərəfdarıdır.

  İsraildə yayımlanan “Kanal 12”nin keçirdiyi sorğuda iştirakçıların 54 faizi Livana hücumlara son qoyacaq atəşkəs razılaşmasının imzalanmasını dəstəkləyib.

  Rəsmi Təl-Əviv rəhbərliyinin müqavilə imzalamasına qarşı çıxanların nisbəti isə 24 faiz olub.

  Sorğuda iştirak edənlərin 79 faizi 2023-cü il oktyabrın 7-də baş vermiş hadisələrlə bağlı istintaq komitəsinin yaradılmasını dəstəklədiyi halda, 8 faizi buna qarşı çıxıb.

  İsrail hökumətinin fəaliyyəti ilə bağlı sorğuya qatılanların 64 faizi Baş naziri Benyamin Netanyahu hökumətinin hazırda ölkəni idarəetmə tərzini bəyənmədiklərini, 30 faizi isə tərsini bildirib.



Chosen
4
1
trt.net.tr

2Sources