EN

İran uranı zənginləşdirmək üçün yeni sentrifuqaları istifadəyə verdi

İran uranın zənginləşdirilməsi məqsədilə yeni sentrifuqaları istifadəyə verib.

Teleqraf.com xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf açıqlama verib.

Qalibafın sözlərinə görə, İran hakimiyyəti bu addımı, AEBA-nın (Beynəlxalq Atom Enerjisi Agentliyi) İdarə Heyətinin iclasında İrana qarşı qəbul edilən qətnaməyə cavab olaraq atıb.

"O, qeyd edib ki, İranın cavabı qarşılıqlı prinsipə əsaslanır, çünki AEBA-nın İdarə Heyətinin qərarları siyasi məqsədlərlə istifadə edilib", - Qalibaf vurğulayıb.

Qalibaf Böyük Britaniya, Almaniya, ABŞ və Fransanın yanaşmalarını siyasiləşmiş və dağıdıcı olaraq qiymətləndirib.

Əvvəlcə “Reuters” xəbər verib ki, AEBA İranı agentliklə əməkdaşlıqdan yayınması səbəbi ilə tənqid edən qətnamə qəbul edib. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, əgər agentlik Tehran və onun nüvə proqramına qarşı qeyri-konstruktiv qərar qəbul edərsə, İran ciddi cavab tədbirləri görəcək.


Müəllif: Teleqraf.com
Chosen
4
8
teleqraf.com

10Sources