EN

İstanbulda dəhşətli hadisə:4 nəfəri öldürdükdən sonra öz canına qəsd etdi

İstanbulun Böyükçəkməcə rayonunda Bahtiyar Aladağ adlı şəxs ard-arda törətdiyi silahlı hücumlarda 4 nəfəri öldürüb, 2 nəfəri ağır yaralayıb. Daha sonra isə Esenyurtda intihar edib.

Redaktor.az xəbər verir ki, cinayətkar Böyükçəkməcə, Celaliyyə məhəlləsində yerləşən evində anası, atası və bacısını silahla vurub. Ana və ata hadisə yerində dünyasını dəyişib, ağır yaralanan bacısı xəstəxanaya çatdırılıb.

Avcılar rayonunda bacısının həyat yoldaşının işlədiyi bərbərxanaya silahla hücum edib, bir nəfəri öldürüb, digərini yaralayıb. Esenyurtda isə əmisi oğlunu silahla vurub və daha sonra park edilmiş avtomobildə öz canına qəsd edib.

İstanbul Valiliyi hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirib. Valilikdən cinayətkarın əvvəllər narkotik maddə istifadəsinə görə cinayət məsuliyyəti daşıdığı bildirilib. Hadisə yerində cinayətdə istifadə olunan silah və boş gilizlər aşkarlanıb.

Seymur BƏNNAYEV 

Chosen
23
redaktor.az

1Sources