EN

"Oyundan razı qaldım, amma nəticə bizi qane edə bilməz"

"Şamaxı" Misli premyer-liqasının 14-cü turunda "Sumqayıt"ın meydanından məğlub ayrıldı - 1:2.

"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında iştirak etdi:

"Sumqayıtlıları 75 illiyi münasibətilə təbrik edirəm. Oyundan razı qaldım, amma nəticə bizi qane edə bilməz. Hesabı bərabərləşdirə bilsək də, penalti üzündən qol buraxdıq. Hücum cəhdlərimizdə uğurlu olsaq, nəticə başqa cür ola bilərdi. Təəssüf ki, məğlub olduq. Çempionatın ağır keçəcəyini bilirdik. Bizi qarşıda daha ağır oyunlar gözləyir".


KƏNAN BAHADIR
Chosen
21
football-plus.az

1Sources