EN

"Kepro Shop" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA

Kepro Shop

Brand manager

Son tarix 23 dek 2024 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Ümumi brend strategiyasını və inkişafını müəyyən etmək və həyata keçirmək, hədəf auditoriyanın diqqətini cəlb etmək 
  • Brendin strategiyasının qurulmasında, təqdimatında və inkişafında, maliyyə sağlamlığını və mənfəətliliyini təmin etmək üçün gəlir və xərc proqnozlaşdırmaq
  • Bazar tendensiyalarını, istehlakçı üstünlüklərini və rəqib fəaliyyətlərini izləmək
  • Yenilikçiliyi təşviq etmək və brendin təkliflərini, o cümlədən yeni məhsulları, mağaza dizaynlarını və müştəri təcrübəsini yaxşılaşdırmaq və davamlı olaraq təkmilləşdirmək
  •  Brendin büdcəsinin hazırlanmasına və idarə edilməsinə nəzarət və analiz etmək 
  • Maliyyə performansını izləmək, kənarlaşmaları təhlil etmək, təkmilləşdirmə tədbirini həyata keçirmək. Gəlir imkanlarını maksimum dərəcədə artıraraq xərclərin nəzarət tədbirləri həyata keçirmək
  • Brend komandası daxilində əməkdaşlıq və açıq ünsiyyət mədəniyyətini, fikir və ən yaxşı təcrübələrin paylaşılmasını təşviq etmək
  • Brendin məhsullarını öyrənmək,işçiləri müstəsna xidmət göstərməyə və brendin dəyərlərini əks etdirməyə imkan verən təlim proqramlarını hazırlamaq və həyata keçirmək üçün sıx əməkdaşlıq etmək
  • Vahid bir brend təcrübəsini təmin etmək üçün brend komandası və digər şöbələr arasında çoxfunksiyalı əməkdaşlığı təşviq etmək
  • İşçilərin inkişafını təşviq edən müsbət iş mühitinin yaradılmasına rəhbərlik etmək və dəstək vermək
  • Məhsullar üçün hazırlanan kampaniyaları təqib etmək
  • Anbar stok hərəkəti tarazlığını nəzərdə tutulan səviyyədə idarə etmək,satış proqnozlarına uyğun olaraq sifarişləri vermək
  • Kampaniya ilə bağlı olan həvalələri bilmək və bu barədə əlaqədar şəxslər arasında əlaqələrin qurulmasını təmin etmək

Tələblər

  • Qadın əməkdaşa üstünlük verilir
  • Minumum 1 il iş təcürbəsi
  • Azərbaycan dili səlist danışıq bacarığı (Rus dilinə üstünlük verilir)
  • Satış bacarığı
  • Kreativ strategiya
  • Ünsiyyət bacarığı, aktiv və məsuliyyətli olmaq
  • Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə aparılır
  • İş qrafiki: 5 günlük (Şənbə-Bazar günləri istirahət)
  • İş saatı: 09:00 – 18:00
  • Net 1000 AZN + faizlər 

Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV və portfolioları mövzu hissəsində "Brand Manager" qeyd etməklə göstərilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Chosen
33
fed.az

1Sources