Cüdoçularımız Yunanıstanın Saloniki şəhərində keçirilən yeniyetmələrin Avropa Kubokunda uğurlu çıxışla yadda qalıblar.
İdman.biz xəbər verir ki, yığmamız 2 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıb.
Bu nəticə ilə ölkəmiz medal əyarına görə ümumi hesabda 2-ci, oğlanlar arasında isə 1-ci yeri tutub.
Qeyd edək ki, Zeyd Ələsgərov (60 kq) və Sübhan Axundov (+90 kq) qızıl medal, Fəxri Sahibzadə (66 kq) gümüş medal, Anar Quliyev (50 kq), Rüstəm Qasımzadə (55 kq), Səid Şərifov (73 kq), Amin Mehdiyev (81 kq) və Tunar Fərzəliyev (+90 kq) isə bürünc medal qazanıblar.
İdman.biz