EN

Ad günündə özünə aldığı təyyarə bileti ÖLÜMÜ OLDU


Ad günündə özünə aldığı təyyarə bileti ÖLÜMÜ OLDUSloveniyada göyərtəsində üç nəfərin olduğu yüngül təyyarə qəzaya uğrayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, noyabrın 17-də "Cessna Skyhawk" ölkənin şimal-şərqindəki Prekmurje bölgəsində panoramik uçuş həyata keçirərkən qəzaya uğrayıb. İlkin məlumata görə, buna səbəb dumanlı hava şəraiti olub.

Təyyarədə üç nəfər olub: 30 və 33 yaşlı iki kişi və bir qadın. Onların hamısı ölüb. Yerli mətbuatın məlumatına görə, sərnişinlərdən biri ad günü hədiyyəsi olaraq təyyarədə uçuş üçün billet alıb.

Üstəlik, laynerdə dörd nəfərin olması lazım olduğu bilinsə də, onlardan biri təyyarəyə minməyib. Baş verənlərlə bağlı araşdırma aparılır.


Chosen
76
news24.az

1Sources