EN

Türkiyədə HƏYƏCANLI ANLAR: sərnişinlərin çoxunun "baqajı" yandı

"Antalyada" alovlanan Rusiya təyyarəsinin sərnişinləri təxliyyə edildikdən sonra hava limanının salonuna aparılıb.

Publika.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, sərnişinlər hazırda şəxsi əşyalarını gözləyirlər. Amma onların çoxunun "baqajı" yanıb.

Noyabrın 24-ü axşam saatlarında Türkiyə hava limanına eniş edən "Superjet 100" təyyarəsi yanıb. Göyərtəsində 89 sərnişin və 6 ekipaj üzvü olan təyyarə Soçidən Antalyaya uçurdu. Fövqəladə hadisə nəticəsində onlardan heç biri xəsarət almayıb.

Chosen
59
publika.az

1Sources