Filippinin vitse-prezidenti Sara Duterte-Karpio bəyan edib ki, ölkə prezidenti Ferdinand Markosi və onun xanımını aradan götürmək üçün killer kiraləyib. Bu barədə "South China Morninf Post" mətbu orqanı məlumat yayıb.
Vitse-prezidentin sözlərinə görə, əgər onun başına bir iş gələrsə, kiraləyədiyi killer, prezident və onun həyat yoldaşı Mariya Luzani, həmçinin parlamentin nümayəndələr pakatasının spikeri Martin Romualdesi aradan götürəcək: "Bu zarafat deyil. Mən artıq killerlə müqavilə bağlamışam"- deyə Sara Duterte-Karpio mətbuat konfransında bəyan edib.
Filippin hakimiyyəti vitse-prezidentin aparat rəhbəri Züleyxa Lopesi, ayrılan vəsaitin məqsədə uyğun xərclənməməsi şübhəsiylə saxlayıblar. Hökumət həmçinin Duterteyə qarşı da "təcili tədbirlərin görüləcəyini" vəd edib.
Rüstəm Hacıyev